“Qarabağ” da Respublika stadionuna köçdü

“Qarabağ” da Respublika stadionuna köçdü
XƏBƏR 14 Sentyabr 2010 / 14:53 2014
-  A +

Ağdamın “Qarabağ” klubu futbol üzrə Unibank Premyer Liqasının 6-cı turunda AZAL-ı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
İsmayılovun sözlərinə görə, artıq “Qarabağ” rəhbərliyi ilə müvafiq razılıq əldə olunub. Sentyabrın 19-da keçiriləcək qarşılaşma saat 17:00-da başlanacaq. Amma bundan 3 gün sonra baş məşqçi Qurban Qurbanovun komandasının təxirə salınan matçda “Gəncə”ni hansı arenada qəbul edəcəyi məlum deyil. İsmayılov həmin görüşlə bağlı “Qarabağ”dan heç bir müraciət almadıqlarını bildirib.
Qeyd edək ki, “Qarabağ” rəhbərliyi Unibank Premyer Liqasında 2010-2011-ci il mövsümündə rəqiblərini qəbul etmək üçün əsas meydança qismində Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionu, ehtiyat arena kimi isə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunu göstərib. Lakin hazırda hər iki meydançanın ot örtüyündə təmir işləri aparılır. Tofiq Bəhramov adına Respublika stadionunda isə “Bakı” və “Neftçi” klubları rəqiblərini qəbul edirlər. Amma paytaxt komandaları qarşıdakı həftəsonu səfərə çıxacaqlar.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı