Birinci divizion və əvəzedicilər üçün də cəzalar açıqlandı

Birinci divizion və əvəzedicilər üçün də cəzalar açıqlandı
XƏBƏR 14 Sentyabr 2010 / 14:28 1993
-  A +

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Unibank Premyer Liqası ilə yanaşı birinci divizion və əvəzedicilər arasında keçirilən ölkə çempionatındakı qanun pozuntularına da hüquqi qiymət verilib. Qol.Az-ın məlumatına görə, Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 5-ci turunun “İnter” – “Qarabağ” matçının 29-cu dəqiqəsində “İnter”in futbolçusu Murad İsgəndərli komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. “Neftçi” – “Muğan” matçında isə “Neftçi”nin 4, “Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
Birinci divizionda isə 2-ci turun “Anşad Petrol” – “Karvan” matçının 63-cü dəqiqəsində “Anşad Petrol”un futbolçusu Əhməd Səmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. “Şəmkir” – “Şahdağ” matçında isə “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın