Vaqif Sadıqov: “Milli komanda Foqtsun deyil”

Vaqif Sadıqov: “Milli komanda Foqtsun deyil”
XƏBƏR 14 Sentyabr 2010 / 12:54 2046
-  A +

“Hal-hazırda futbol ilə məşğul olan mütəxəssislər millimiz üçün öz köməklərini əsirgəməməlidir. Əgər mən baş məşqçi postuna keçsəm, əlimdən gələni etməyə hazıram”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında millinin sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Milli komandada heç bir məşqçinin uğur qazanmadığını qeyd edən sabiq çalışdırıcı Berti Foqts haqqında da fikirlərini bildirib: “Hazırda yeni komanda formalaşır. Hesab edirəm ki Berti Foqtsun uğuru budur. Azərbaycan futbolu müasirləşir və inkişaf edir. Düşünürəm ki, hər bir işdə zamana ehtiyac olduğu kimi Berti Foqtsun da zamana ehtiyacı var. Fərqi yoxdur istər yerli mütəxəssis olsun, istərsə də əcnəbi. Yenə də hər şeyi zamana buraxmaq lazımdır. İnanıram ki səbirli olsaq, tezliklə yığmamızın oyun baxımından səviyyəsi yüksələcək. İndiyə qədər yerli və yaxud əcnəbi mütəxəssislərin rəhbərliyi altında 5 xaldan çox toplamamışıq. Millini kimin çalışdırmağından asılı olmayaraq, yığmamız hər dəfə qrupu sonuncu yerdə tamamlayıb və böyük uğura heç kəs nail olmayıb. Nəticə baxımından Berti Foqtsun fəaliyyəti heç də pis deyil. Ümumiyyətlə, milli komanda Foqtsun yox, bizimdir. Biz istərdik ki, yığmamız Avropada öz sözünü deməyi bacarsın. Bu gün Foqtsdursa ona kömək etməliyik. Sabah Qurban Qurbanov olsa yenə həmçinin. Əsas odur ki, biz birləşək və nəyəsə nail olaq” .

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı