“Qalatasaray”dan çətin, “Trabzonspor”dan asan qələbə

“Qalatasaray”dan çətin, “Trabzonspor”dan asan qələbə
XƏBƏR 14 Sentyabr 2010 / 12:34 1806
-  A +

Türkiyə Superliqasının 4-cü tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor”un məğlubiyyəti ilə start götürən turda dünən daha 4 qarşılaşma baş tutub. “Qalatasaray” doğma meydanda Kyuelin penaltidən vurduğu qolla çətinliklə də olsa, 3 xala sevinib. “Trabzonspor” isə “Sivasspor”u top atəşinə tutub.
Maraq üçün xatırladaq ki, şənbə günü səfərdə “Kayserispor”un qonağı olan “Fənərbaxça” cari mövsümdə ikinci yenilgisini alıb. “Konyaspor” “Bucaspor”la xalları yarı bölərkən, “Antalyaspor” Necatinin dublu sayəsində səfərdə “Manisaspor” üzərində əzmkar qələbə qazanıb. Cari mövsüm parlaq oyunu ilə diqqət çəkən “Beşiktaş” isə “Ankaragücü”nün daşını daş üstə qoymayıb.

Türkiyə Superliqası
4-cü tur
10 sentyabr

“Bursaspor” – “Eskişəhərspor” – 2:1
Qollar: Nunyes, 70. Sercan Yıldırım, 77 – Sezer Öztürk, 20.

11 sentyabr

“Kayserispor” - “Fənərbaxça” – 2:0
Qollar: Conatan Santana, 66. Furkan Özcal, 68.

“Konyaspor” – “Bucaspor” – 1:1
 Qollar: Hakan Aslantaş, 68 - Orhan Ak, 9.
 
“Beşiktaş” – “Ankaragücü” – 4:0
Qollar: Bobo, 29; 67. İbrahim Toraman, 61. Mert Nobre, 75. 

“Manisaspor” – “Antalyaspor” – 1:2
Qollar: Eren Aydın, 28 - Necati Ateş, 68; 72.

13 sentyabr

22:00. “Kasımpaşa” – “Karabükspor” – 1:2
Qollar: Tiykuzu, 90+2 - Çernat, 12. Ferdi Elmas, 78.

“Trabzonspor” – “Sivasspor” – 6:1
Qollar: Yattara, 31; 34. Selcuk İnan, 38. Teofilo Qutyerres, 60; 76. Burak Yılmaz, 90 – Cihan Yılmaz, 47.
Matçın 79-cu dəqiqəsində “Sivasspor”un üzvü Sedat Bayrak qırmızı vərəqə alıb.

“Qalatasaray” – “Qaziantepspor” – 1:0
Qol: Harri Kyuel, 60-pen.

“Gənclərbirliyi” – “İstanbul BB” – 2:1
Qollar: Billi Mehmet, 11. Orhan Şam, 83 - Gökhan Süzen, 42.


Son xəbərlər