“Xəzər Lənkəran” üçün yubiley, Rednik üçün ilk və ya 184 gündən sonra

“Xəzər Lənkəran” üçün yubiley, Rednik üçün ilk və ya 184 gündən sonra
XƏBƏR 14 Sentyabr 2010 / 12:20 2009
-  A +

Unibank Premyer Liqasının 5-ci turu “Xəzər Lənkəran” üçün əlamətdar olub. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, MOİK üzərində 3:0 hesablı qələbə bu komandanın mövsümdə ilk böyük hesablı qələbəsi olub. Bu isə o deməkdir ki, cari mövsüm klubun “sükanı arxasına” keçən Mirça Rednik də baş məşqçi kimi ilk belə uğuruna sevinib.
“Xəzər Lənkəran” sonuncu dəfə ötən mövsümün gedişində böyük hesablı qələbə qazanmışdı. Final mərhələsinin “ilk altılığ”ının 1-ci turunda “Qəbələ” ilə görüşən cənublular 4:1 hesabına sevinmişdi. Martın 12-dəki həmin zəfərdən sonra lənkəranlı azarkeşlər növbəti böyük hesablı qələbəni 184 gün gözləməli oldular. Bu müddətdə komanda 18 matç keçirsə də, heç birində 3 və daha artıq top fərqi ilə qalib gəlməmişdi.
Cari mövsüm çempionatda ilk qələbəsini qazanan “Xəzər Lənkəran” iştirak etdiyi bütün çempionatlarda ən azı 1 böyük hesablı qələbə qazanıb.
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 1
Cədvəldən göründüyü kimi, MOİK üzərində qələbə lənkəranlıların Premyer Liqa tarixində yubiley – 30-cu böyük hesablı qələbəsi olub.
Bundan başqa “Xəzər Lənkəran” ölkə kubokunda da 10 böyük hesablı qələbə qazanıb:
2004/05 – 0
2005/06 – 2
2006/07 – 3
2007/08 – 3
2008/09 – 2
2009/10 - 0
Bu isə o deməkdir ki, “Xəzər Lənkəran” yarandığı gündən 40-cı dəfə 3 və daha artıq top fərqilə qalib gəlib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi