İspaniya Primerosunda 2-ci tura heç-heçəylə yekun vuruldu

İspaniya Primerosunda 2-ci tura heç-heçəylə yekun vuruldu
XƏBƏR 14 Sentyabr 2010 / 12:07 2018
-  A +

İspaniya La Liqasında 2-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə - dünən bir qarşılaşma baş tutub. “Almeriya” doğma meydanda “Real Sosyedad”la qarşılaşıb ki, 4 qolun vurulduğu qarşılaşmada meydan sahibləri məğlubiyyətdən son anda qurtara bilib. Maraq üçün xatırladaq ki, cari mövsümə heç-heçə ilə başlayan Joze Mourinyolu “Real” bu tur qələbə qazanıb. Çempionata darmadağınla başlayan Madrid klubunun əzəli rəqiblərindən “Barselona” isə doğma divarlar arasında “Erkules”ə gözlənilməz şəkildə məğlub olub. Madridin digər klubu “Atetiko” “Atletik Bilbao” üzərində səfər qələbəsi qazandığı halda, “Valensiya” doğma meydanda “Rasinq”i minimal hesabla məğlub edib. “Xetafe” doğma meydanda “Levante”ni, “Vilyareal” “Espanyol”u darmadağın edib. Turun ən maraqlı qarşılaşmalarından olan “Sevilya” – “Deportivo” qarşılaşması qolsuz başa çatarkən, “Sportinq” “Malyorka”nı iki cavabsız qolla yenib. “Saraqosa” – “Malaqa” qarşılaşmasında isə qapılara 8 qol vurulub.

İspaniya La Liqası
2-ci tur
11 sentyabr

“Barselona” – “Erkules” – 0:2
Qollar: Valdes, 27; 59.

“Valensiya” – “Rasinq” – 1:0
Qol: Maduro, 45.

“Real” – “Osasuna” – 1:0
Qol: Rikardo Karvalyo, 48.

“Atletik Bilbao” – “Atletiko Madrid” – 1:2
Qollar: Lorente, 88 - Forlan, 12. Tyaqo, 81.

12 sentyabr

“Xetafe” – “Levante” – 4:1
Qollar: Qavilan, 5; 90. Kolunqa, 11. Arzimendi, 90 – Yorda, 14.

“Sportinq” – “Malyorka” – 2:0
Qollar: Botia, 47. Kastro, 86-pen.
Oyunun 84-cü dəqiqəsində “Malyorka”nın üzvü Nunes qırmızı vərəqə ilə cəzalanıb.
 
“Saraqosa” – “Malaqa” – 3:5
Qollar: Edmilson, 40. Peres, 67. Herreyra, 80 – Fernando, 1; 27. Lopes, 7; 29. Ovusu-Abeyie, 34.
 
“Vilyarreal” – “Espanyol” – 4:0
Qollar: Rossi, 23; 55-pen. Valero, 32. Nilmar, 78.
 
“Sevilya” – “Deportivo” – 0:0

13 sentyabr

“Almeriya” – “Real Sosyedad” – 2:2
Qollar: Pyatti, 21. Ulloa, 90 - Tamudo, 8. Sutil, 33.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki