Türkiyənin Bank Asya birinci liqasında futbol meydanlarında görünməmiş olay yaşanıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi matçın gedişində meydanda bıçaqlanıb. Özü də bu olay İlqar Qurbanovla Ernani Pereyranın formasını geyindiyi "Mersin İdman Yurdu"nun dünən gecə “Samsunspor”la qarşılaşmasında qeydə alınıb. İlqar Qurbanovun da ilk dəqiqələrdən mübarizə apardığı matçın 25-ci dəqiqəsində qonaqlar hesabı açıb. Qarşılaşmanın 42-ci dəqiqəsində isə gözlənilmədən meydana çıxan bir azarkeş "Mersin İdman Yurdu"nun baş məşqçisi Yüksel Yeşilovaya qarın və omba nahiyəsindən bıçaq zərbələri endirib. Terrorçu-azarkeş təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Baş məşqçiyə meydanda ilkin tibbi yardım göstərilib və daha sonra təcili yardım maşınıyla xəstəxanaya qaldırılıb. Hazrıda onun həyati təhlükəsinin olmadığı və normal olduğu bildirilir.
Baş verən hadisə nəticəsində matçın baş hakimi qarşılaşmanı 42-ci dəqiqədən etibarən dayandırıb. "Samsunspor"u təhlükəsizliyi təmin etmədiyi üçün texniki məğlubiyyət və başqa ağır cəza gözləyir.
Olayla bağlı danışan Samsun valisi Hüseyn Aksoy şok açıqlama ilə çıxış edib. Vali bildirib ki, bıçaqlama hadisəsi namus məsələsi üstündə baş verib. Belə ki, Yüksel Yeşilovaya qardaşı Murat Yeşilova hücum edib: "Murat Yeşilova ilk ifadəsində bunu namus məsələsi səbəbindən etdiyini söylədi".
Murat Yeşilovanın Adanadan gəldiyini və matçı VİP-lojadan izlədiyini deyən Aksoy terrorçunun polis şöbəsində olduğuğunu qeyd edib: "O, şərəf tribunasından meydana atılaraq, böyük qardaşına iki yerdən bıçaqla xəsarət yetirib. Hazrıda Murat Yeşilova Polis Şöbəsində saxlanılır. Yüksel Yeşilova isə Samsun Qazi Dövlət Xəstəxanasında həkim nəzarəti altındadır".
Hadisə ilə bağlı danışan "Mersin İdman Yurdu"nun prezidenti Ali Kahramanlı isə təhlükəsizlik tədbirlərinin zəifliyindən şikayətlənib: "Yüksel Yeşilovanın vəziyyəti barədə normal bir fikir səsləndirə bilmirəm. Sadəcə onu deyə bilərəm ki, hadisəni qapalı tribunadan atılan bir nəfər törətdi. Bu azarkeş də ola bilər, Yüksel Yeşilovanın bir düşməni də... Hadisənin mütxəlif səbəblərinin olması mümkündür. Hazırda polis bunu araşdırır. Ancaq bir şeyi deyə bilərəm ki, olayda ciddi bir təhlükəsizlik zəifliyi var. Çünki hücum edən şəxs qapalı tribunadan gəldi və təxminən 40-50 metr qaçdı. Buna rəğmən heç bir maneəyə rast gəlmədi. İnanılması mümkün deyil. Bu olay dünya futbolunda ilk dəfə baş verir".
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi
"Real"a çox hörmət edirik, amma qorxmuruq" - Qvardiola
Nabi Keyta əsas komandadan uzaqlaşdırıldı
"Şəki Siti" "Göygöl"ə qalib gəldi - Video
"Yuventus" Türkiyə millisinin üzvü ilə müqaviləni uzadır
Rüfət Dadaşov üçün mövsüm başa çatdı
Məhkəmə "Barselona"ya qadağa qoydu
ÇL-də sabahkı oyunlara hakim təyinatları
Misli Premyer Liqasında 2 turun oyunlarının vaxtı bilindi
Laporta azarkeşlərə müraciət etdi
"Zirə" sabiq futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib
Avro-2024-ü buraxacaq
Dünya çempionu vəfat etdi
Azərbaycanın minifutbol millisinin heyəti açıqlandı