"Qarabağ" istirahətə ehtiyac duymadı

XƏBƏR 13 Sentyabr 2010 / 18:33 2134
-  A +

"Qarabağ" "İnter"lə oyundan dərhal sonra hazırlıqlara başlayıb. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, bazar günü AZAL-la qarşılaşacaq olan komanda "İnter"lə oyun sonrası səhər yüngül məşq edib. Matçda 90 dəqiqə oynayanların yüngül qaçışla kifayətləndiyi məşqdə digər futbolçular 90 dəqiqə məşq edib. Bu gün isə "Qarabağ" səhər saat 10.00-da tək məşqlə kifayətlənib. Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada bütün futbolçular iştirak edib. Təbii ki, uzun müddətə sıradan çıxmış Əfran İsmayılov və Aftandil Hacıyevdən başqa.
Sabah isə "Qarabağ"ın 2 məşqi planlaşdırılıb. Səhər məşqi trenajor zalında baş tutacaq. Axşam məşqi isə yenidən Suraxanı qəsəbə stadionunda olacaq.


Son xəbərlər