“Beşiktaş”lılara Kuaresmadan sevindirici xəbər

“Beşiktaş”lılara Kuaresmadan sevindirici xəbər
XƏBƏR 13 Sentyabr 2010 / 18:17 2552
-  A +

“Beşiktaş”ın porutqaliyalı ulduzu Rikardo Kuaresma milli komandanın düşərgəsindən İstanbula zədəli qayıtmışdı. Onun bir neçə həftə oynamayacağı bildirilirdi. Ancaq Kuaresmada vəziyyət getdikcə yaxşılaşır. Qol.Az-ın “Beşiktaş”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kuaresma artıq çərşənbə günü “qara qartallar”ın məşqində iştirak edə biləcək. Verilən açıqlamada bildirilir ki, Kuaresmanın Avroliqanın qrup mərhələsindəki ilk qarşılaşmada da oynaması mümkündür, lakin bu bir qədər riskli ola bilər. Ona görə də hazırda işlər o yöndə davam etdirilir ki, portuqaliyalı ulduz Türkiyə Superliqasının 5-ci turu çərçivəsində təşkil ediləcək “Fənərbaxça” – “Beşiktaş” derbisində komandasına lazımınca kömək edə bilsin.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord