UEFA-dan Murad Məmmədova yeni təyinat

UEFA-dan Murad Məmmədova yeni təyinat
XƏBƏR 13 Sentyabr 2010 / 17:44 2104
-  A +

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futzal üzrə UEFA kubokunun seçmə mərhələsinin əsas raundunun sentyabrın 27-dən 30-dək Çexiyanın Xrudim şəhərində təşkil olunacaq 4-cü qrupunun oyunlarında hakim-inspektorlardan biri də Murad Məmmədov olacaq.
Bu qrupda «Xrudim» (Çexiya), «Dyor» (Macarıstan), «İberiya Star» (Gürcüstan) və «Mapid» (Belarus) komandaları mübarizə aparacaq.


Son xəbərlər