Premyer Liqanın 5-ci turu hansı məqamlarla əlamətdar oldu?

Premyer Liqanın 5-ci turu hansı məqamlarla əlamətdar oldu?
XƏBƏR 13 Sentyabr 2010 / 17:38 1867
-  A +

Unibank Premyer Liqasının 5-ci turu bir sıra məqamlarına görə, əlamətdar oldu. Qol.Az həmin statistik məqamlarla sizi də tanış edir:
Uinston Parksın “Xəzər Lənkəran” - MOİK qarşılaşmasının 25-ci dəqiqəsində vurduğu ikinci qol “hərbçilərin” Premyer Liqada buraxdığı 400-cü top oldu.
“Bakı”-”Gəncə”  oyununda qeydə alınan heç-heçə “Gəncə”nin səfərdə 50-ci bərabərliyi oldu. Çempionatda ən çox oyun keçirən 100 futbolçudan 6-sı bu tur meydanda oldu. Bunlardan Ceyhun Sultanov və Elşən Poladov  3 pillə Zaur Həşimov ilə 2 pillə irəliləməyə nail olub:
6. (6.) Azər Məmmədov  “Gəncə” – 322 oyun
22. (22.) Xaqani Məmmədov “Xəzər-Lənkəran”- 269
28. (28.) Yaşar Abuzərov – “Qəbələ” – 253
38. (40.) Zaur Həşimov “Qarabağ” – 237
75. (78.) Ceyhun Sultanov “Gəncə” – 204
98. (-) Elşən Poladov AZAL – 183
Çempionatın 100 ən məhsuldar futbolçusu siyahısında isə adları siyahıda olanlar arasında təkcə Junivan Suares (“Gəncə”) fərqlənib. O vurduğu qolla top sayını 27-ə çatdırıb ki, bu da braziliyalını 75-ci pillədən 74-ə yüksəldib.

Statistika Rasim Əliyevə məxsusdur

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı