“Yuventus” rəhbərliyi artıq indidən skudettodan əlini üzüb

“Yuventus” rəhbərliyi artıq indidən skudettodan əlini üzüb
DÜNYA FUTBOLU 13 Sentyabr 2010 / 16:31 2301
-  A +

“Yuventus” rəhbərliyi İtaliya A seriyasında cəmi 2 tur arxada qalmasına rəğmən, cari mövsümdə skudettonun qalibi olacaqlarından əlini üzüb. Qol.Az-In İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, klubun idarə heyətinin üzvü Cüzeppe Marotta, komandanın bu il çempion olmasının çox çətin olduğunu bildirib: “Yaşanan hadisələrdən sonra çempion olmağımız inandırıcı görünmür. Etiraf etməliyəm ki, bizim əsl hədəfimiz çempionluq deyil. Bu il Seria A-nı ilk 4 komanda arasında bitirmək istəyirik. Çünki əsl məqsədimiz Çempionlar Liqasında iştirak etməkdir. Hazırda komandaların mövqeyi ilə bağlı fikir söyləmək mümkün deyil. Yalnız 5-6 həftə keçdikdən sonra hansı komandanın hansı mövqe uğrunda mübarizə aparacağı nisbətən aydınlaşacaq”.
Son qarşılaşmada “Sampdoria” ilə heç-heçənin səbəblərindən də danışan Marotta transfer edilən yeni oyunçuların bir-birinə tam uyğunlaşmamasını əldə edilən nəticədə əsas amil kimi qiymətləndirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki