Ceyhun Sultanov: “Fiziki cəhətdən hazır deyiləm”

Ceyhun Sultanov: “Fiziki cəhətdən hazır deyiləm”
XƏBƏR 13 Sentyabr 2010 / 16:18 2088
-  A +

“Günü gündən oyunumuz yaxşılaşır. Yavaş-yavaş özümüzə gəlirik. İnşallah gələn oyunlarda bundan da yaxşı çıxış edəcəyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Gəncə” klubunun təcrübəli futbolçusu Ceyhun Sultanov deyib. Komanda yoldaşlarının canla-başla mübarizə apardığını deyən gənc hücumçu irəlidəki matçlarda uğur qazanmaq istədiklərini bildirib: “Ola bilər bu tilsimdir, oyunumuz alınmır. Amma qismət Allahdandır. Junivan Suaresin övladı dünyaya gəlib. Mən belə fikirləşirəm ki, sonuncu oyunda hamıdan yaxşı o çıxış etdi. Amma bütün komanda yoldaşlarım gözəl oyun göstərdilər. Hər kəsə öz təşəkkürü bildirirəm. Xüsusilə də Gəncədən bizi dəstəkləməyə gələn azarkeşlərimizə minnətdaram. Mənə gəldikdə isə hələlik tam hazır deyiləm. Fiziki cəhətdən çatışmazlıq var. Həmçinin bir az axsayıram. İnşallah qarşıdakı oyunlarda bu problemi aradan qaldırıb yüksək səviyyədə çıxış edəcəyəm” .

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın