Aleks “Fənərbaxça”dan ayrılmaq istəyir

Aleks “Fənərbaxça”dan ayrılmaq istəyir
DÜNYA FUTBOLU 13 Sentyabr 2010 / 15:53 2616
-  A +

“Fənərbaxça”nın ulduz futbolçusu Aleks de Souza yenidən Braziliyada oynamaq istədiyini açıqlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aleksin 2011-ci ilə qədər komandadan ayrılması mümkündür.
Ötən il Braziliya komandalarından “Palmeyras”a transferi haqqında görüşdüyünü dilə gətirən Aleks bunları söyləyib: “Həmin vaxt komandanın başında Luksemburqo var idi. İstanbula gəlib mənimlə görüşdülər. Ancaq o zaman artıq “Fənərbaxça” ilə yeni müqavilə imzalamışdım və artıq klubun oyunçusu idim. Bundan sonra Əziz Yıldırım da yalnız komanda ilə maraqlanmağımı istəmişdi”. Ölkəsində oynamaq arzusununun gün keçdikcə daha da artdığını vurğulayan təcrübəli futbolçu bu haqda yalnız indi düşünüb qərar qəbul etdiyini bildirib: “Koritiba”, “Kruzeyro” və “Palmeyras” kimi komandalarda oynamışam. Yenidən bu klublardan birində çıxış etməyi daha çox istəyirəm. Ancaq əminliklə deyə bilərəm ki, hazırda “Fənərbaxça”da mənimlə bağlı hər şey qaydasındadır”.
Xatırladaq ki, 2004-cü ildə “Fənərbaxça”ya transfer olan Aleks de Souza 177 maçta iştirak edib və 96 qol vurub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord