“Turan” rəhbərliyindən hakimliyə növbəti kəskin etiraz

“Turan” rəhbərliyindən hakimliyə növbəti kəskin etiraz
XƏBƏR 13 Sentyabr 2010 / 15:43 1870
-  A +

"Turan" rəhbərliyi "Qəbələ" ilə oyundakı hakimlərin işindən narazı qalıb. Qol.Az-ın məlumatına görə, Tovuz klubu 0:1 hesabı ilə məğlub olduğu oyunda yan xətt hakimi ilə yanaşı, qarşılaşmanın baş hakimindən də narazılıq edib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, bu narazılıq oyundan sonra matçın protokolunda da qeyd edilib: "Oyun ərzində yan xətt hakimi bir neçə dəfə rəqibin lehinə oyundankənar vəziyyətə göz yumdu. Bizdə isə əksinə, oyundankənar vəziyyət olmadığı halda bayraq qaldırdı. Son dəqiqələrdə isə yüz faizlik penaltimiz verilmədi. Rəqib futbolçu açıq şəkildə əllə oynasa da, yan xəttt hakimi və əsas hakim epizodu düzgün qiymətləndirmədi".
Klub rəhbərliyinin rəsmi sayt vasitəsilə məsələyə münasibəti isə belədir: "AZAL-la oyunda Əfqan Həmzəyevin başımıza gətirdiyi oyunun təsiri keçməmiş yenidən halal xalımız əlimizdən alındı. "Qəbələ" ilə görüşdə qapımıza vurulan qolda açıq-aşkar cərimə zərbəsi təyin olunmali olduğu halda baş hakim Elçin Məmmədov davam işarəsi verdi. Yan xətt hakiminin gözü qarşısında rəqib müdafiəçinin əllə oynamasina göz yummasi isə faciədir. Hara gedirik biz bu hakimliklə?! Hər kəs, hətta rəqib oyunçuların belə penalti olduğunu düşündüyü halda nə epizoddan xeyli aralıda olan baş hakim, nə də ki 3-5 metr yaxınlıqda olan laynsman düzgün qərar vermədi. Bəlkə də vermək istəmədi. Bu, bizə qarşı ilk ədalətsizlik deyil. 5 oyunun üçündə oyunun nəticəsinə təsir edən səhvlər və qərəzli qərarlar komandaya mənəvi zərbə vurur. "Turan" əvvəlcə də hakimlərdən təmiz oyun istəyirdi. Amma görünür onlar öz yolundan dönmək istəmirlər. Neçənci dəfədir ki, öz etirazimizi protokolda da yazırıq. Ancaq nəticə çıxarılmır. Yoldaş hakimlər yenə də sərbəst təyinat alır və istədiklərini edirlər”.
Qeyd edək ki, "Turan" - "Qəbələ" oyununu Elçin Məmmədov idarə edib. Ona Mehman Mahmudov və Aleksandr Musatkin yardımçı olub. Matçın dördüncü hakimi isə Əmrah İbrahimov olub.

Daha çox


Son xəbərlər