Çertoqanov: “İkinci oyunu ard-arda uduzmaq olmazdı”

Çertoqanov: “İkinci oyunu ard-arda uduzmaq olmazdı”
XƏBƏR 13 Sentyabr 2010 / 15:03 1830
-  A +

Unibank Premyer Liqasının 5-ci turunda “Qarabağ”ı qəbul edən və minimal hesablı qələbəyə sevinən “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov klubun rəsmi saytına müsahibə verib. Qol.Az həmin müsahibəni sizə də təqdim edir.
- “Qarabağ”la oyun barəsində nə deyə bilərsən? Qələbə çətin əldə edildi?
- Oyun çətin oldu. Futbolçuların əksəriyyəti millidən qayıtmışdılar. Onların hamısı heç də yaxşı kondisiyada deyildilər - yorğun idilər. Bununla yanaşı, ikinci oyunu ard-arda udduzmaq olmazdı. Buna görə də, qalib gəlmək üçün əlimizdən gələni etdik.
- Qələbə qolunun müəllifi oldun...
- Bəli, “Qarabağ”ın müdafiəçilərinin səvhindən istifadə edərək topu aldım və qapıya yönəltdim. Hər şey çox sürətli alındı.
- Milli komandanın Almaniya ilə uğursuz oyunundan sonra sizə və millinin digər oyunçularına göstərilən psixoloji təzyiqə necə üstün gəldin?
- Əlbəttə, 1:6 hesabıyla məğlub olmaq çox çətindir. Güclü psixoloji təzyiq vardı. Ruhdan düşmüş vəziyyətdə idik, lakin uşaqlar sağ olsunlar, bizi ruhlandırdılar və “Qarabağ”la oyuna hazırlaşmağa kömək etdilər.
- “Neftçi”lə oyundan sonra bəziləri “İnter”i çempionluq uğrunda mübarizədən kənarlaşdırmağa tələsmişdilər. Bununla bağlı nə deyə bilərsən?
- Bu, heç də belə deyil. İstədiklərini deyə bilərlər, biz onlara oyunumuzla cavab verəcəyik. Bizdə hər şey yaxşıdır və daha yaxşı olacaq.


Son xəbərlər