Tabares daha 4 il Uruqvay millisini çalışdıracaq

Tabares daha 4 il Uruqvay millisini çalışdıracaq
XƏBƏR 13 Sentyabr 2010 / 14:31 1702
-  A +

Uruqvay Futbol Federasiyası milli komandanın baş məşqçisi Oskar Tabareslə müqavilənin müddətini uzadıb. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis daha 4 il Dieqo Forlanın top qovduğu yığmanın sükanı arxasında qalacaq. Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının yarımfinalına qədər irəliləyən və 3-cü yer uğrunda oyunda Almaniyaya məğlub olmasına baxmayaraq, uğurlu çıxışı ilə diqqət çəkən uruqvaylılar bu mütəxəssisin işindən tam razıdır. Son iki ayda davam edən danışıqların uzanması Tabaresin baş məşqçi postundan ayrılacağına dair informasiyaların yayılmasına səbəb olsa da, yekun qərar fərqli olub. Tabareslə müqavilənin müddətinin artırılması xəbərini federasiya prezidenti Sebastyan Bauza da təsdiqləyib.
Qeyd edək ki, 63 yaşlı mütəxəssis “Boka Xuniors” kimi önəmli komandada da baş məşqçi olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı