Türkiyə Superliqasında ilk məşqçi istefası

Türkiyə Superliqasında ilk məşqçi istefası
XƏBƏR 13 Sentyabr 2010 / 14:00 2004
-  A +

Türkiyə Superliqasında mövsümün ilk istefası reallaşıb. Qol.Az-ın məlumatına görə, keçirdiyi 4 oyunda xal üzünə həsrət qalan "Manisaspor"un 38 yaşlı baş məşqçisi Hakan Kutlu istefa verib.
Öz meydanında "Antalyaspor"a 1:2 hesabı ilə məğlub olan "Manisaspor"un baş məşqçisi istefa ərizəsini rəhbərliyə təqdim edib. Klub rəhbərliyi də gənc çalışdırıcının postunu tərk etməsinə razılıq verib.
Artıq "Manisaspor" rəhbərliyi baş məşqçi axtarışlarına başlayıb. Türkiyə mətbuatının məlumatına görə, hazırda bu postu tutmağa namizədlər arasında Hikmet Karaman, Nurullah Sağlam və Samet Aybabanın adı var. Yeni çalışdırıcının adına yaxın günlərdə aydınlıq gələcək.


Son xəbərlər