Ölkə çempionu “Qəbələ”ylə oyunun hazırlıqlarına sabahdan başlayacaq

XƏBƏR 13 Sentyabr 2010 / 13:40 1621
-  A +

Unibank Premyer Liqasının 5-ci turunun mərkəzi oyununda “Qarabağ” üzərində minimal hesablı qələbəyə sevinən “İnter”in üzvləri hələ də istirahətdədir. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, komanda üzvləri hazırlıqlara sabahdan etibarən start verəcək. Məşqlərin "Şəfa" stadionunda həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, son ölkə çempionu sentyabrın 19-da Qəbələdə yerli komandayla qarşılaşacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın