Ruslar "Neftçi"ni beynəlxalq turnirə dəvət etdi

Ruslar "Neftçi"ni beynəlxalq turnirə dəvət etdi
XƏBƏR 13 Sentyabr 2010 / 13:29 2031
-  A +

"Neftçi" klubunun aşağı yaş qruplarından ibarət komandaları Rusiyanın Soçi şəhərində keçirilən "Kuban Kuboku 2010" beynəlxalq turnirinə dəvət alıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, hər il 9-16 yaşlı uşaq və yeniyetmələr arasında təşkil olunan bu nüfuzlu yarışda Rusiya və MDB-nin tanınmış klubları mübarizə aparırlar. Bu dəfə "Kuban Kuboku 2010" turnirinə 1994-2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar dəvət olunublar. Yarışda yerli "Spartak", "Dinamo", "Lokomotiv", "Zenit", "Rubin", eləcə də Ukraynanın "Şaxtyor", "Dnepr", Belarusun "Minsk" və digər klubların uşaq-yeniyetmə kollektivlərinin iştirakı gözlənilir. "Kuban Kuboku 2010" bu il 25 oktyabr - 9 noyabr aralığında baş tutacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı