Girts Karlsons: “Daha yaxşı oynamağa çalışmaq lazımdır”

Girts Karlsons: “Daha yaxşı oynamağa çalışmaq lazımdır”
MÜSAHİBƏ 13 Sentyabr 2010 / 12:43 2780
-  A +

Unibank Premyer Liqasının 5-ci turunda “Qarabağ”la qarşılaşan və minimal hesablı qələbəyə sevinən “İnter”in hücumçusu Girts Karlsons klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibə ilə sizi də tanış edirik:
- Öncə qələbə münasibətilə təbrik edirik. Matç haqqında təəssüratlarını bizimlə bölüşərdin.
- Təşəkkür edirəm. Oyundan razı qaldım. Düşünürəm ki, pis futbol sərgiləmədik və haqlı olaraq qələbə qazandıq.
- Yayda “Qarabağ” Avropa Liqasında 3 mərhələ keçdi. Bu amil sizə oyunda xüsusi motivasiya verdi?
- Əlbəttə. Amma biz rəqibdən asılı olmayaraq həmişə qələbəyə oynayırıq və müsbət nəticəyə köklənirik. “Qarabağ”la oyunöncəsi köklənmə ən ciddi hal almışdı.
- 2 matç keçirmiş milli komandanın düşərgəsindən qayıtmısan. Fiziki vəziyyətin necə idi? Hansısa yorğunluğun vardımı?
- Deyim ki, o qədər çətin olmadı. Ona görə ki, ikinci qarşılaşmada az oynadım. Daimi uçuşlar bir qədər yordu, ancaq belə də hər şey qaydasındadır. Bundan başqa, dincəlməyə və “Qarabağ”la oyuna hazırlaşmağa vaxt vardı.
- Çempionat yenicə sürət götürür. Növbəti matçlarla bağlı hansı planlar var?
- Artırmaq lazımdır. Daha yaxşı oynamağa can atmaq lazımdır.
- Bu il çempionluq uğrunda maraqlı mübarizə gözlənilir. “İnter”in rəqiblərindən hansı komandanı qeyd edərdin?
- Hansısa konkret komandaya üstünlük vermirəm. “Altılıq”da olan bir çox yaxşı komanda var. Bununla yanaşı, həmişə sürpriz etməyə hazır olan komandalar da mövcuddur. Maraqlı mübarizə olacaq.

Daha çox


Son xəbərlər