Mixael Ballak yenə sıradan çıxdı

XƏBƏR 13 Sentyabr 2010 / 12:39 1561
-  A +

Almaniya milli komandasına ciddi itki üz verib. Qol.Az-ın məlumatına görə, «Bayer»in orta sahə oyunçusu Mixael Ballak «Hannover»lə matçda aldığı zədə səbəbindən altı həftə yaşıl meydandan uzaq qalacaq. Bu səbəbdən «Avro-2012»nin seçmə mərhələsində millimizin rəqibi olan Almaniya Türkiyə və Qazaxıstanla oyunlarda ulduz futbolçunun xidmətlərindən istifadə edə bilməyəcək.
Xatırladaq ki, hələ tam formaya düşmədiyinə görə almanların baş məşqçisi Yoahim Löv Ballakı Belçika və Azərbaycanla matçlara dəvət etməmişdi.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"