Bundesliqada maksimum nəticə göstərən iki komanda qaldı

Bundesliqada maksimum nəticə göstərən iki komanda qaldı
XƏBƏR 13 Sentyabr 2010 / 12:04 1759
-  A +

Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, “Hoffenhaym”ın “Şalke” üzərində qələbəsi ilə start götürən hesabat turunda dünən gecə daha 2 qarşılaşma baş tutub. Maraq üçün xatırladaq ki, “Hoffenhaym” kimi, maksimum nəticə göstərən komandalardan olan “Hamburq” bu tur xal itkisi ilə üzləşib. Doğma meydanda “Nürnberq”ə qalib gələ bilməyən meydan sahibləri 1 xalla kifayətlənib. Zirvənin digər şəriklərindən “Hannover” də eni aqibətlə üzləşib. Hannoverlilər isə “Bayer”lə xalları yarı bölüb. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinin bir addımlığında mübarizədən kənarlaşdıran Dortmund “Borussiya”sı isə turu qələbə ilə başa vurub. “Ştutqart” səfərdə “Frayburq”a məğlub olduğu halda, “Ayntraxt” səfərdə Münhenqladbax “Borussiya”sını darmadağın edib. Son ölkə çempionu “Bavariya” isə doğma divarlar arasında “Verder”lə qolsuz başa çatan qarşılaşmada 1 xalla kifayətlənib.
Dünən gecə keçirilən oyunlardan birində liderlik uğrunda mübarizə aparan “Maynts”la “Kayzerslautern” qarşılaşıb. Matçın böyük hissəsini qalib əhval ruhiyyəsində keçirən qonaqlar yalnız sonradan buraxılan qollarla məğlub olub. Əzmkar qələbə qazanan “Maynts” isə “Hoffenhaym”la birgə maksimum nəticə göstərməkdə davam edir.

Almaniya Bundesliqası
3-cü tur
10 sentyabr

“Hoffenhaym” – “Şalke” – 2:0
Qollar: Vorsah, 37. Noyer, 90-öz qapısına.

11 sentyabr

“Borussiya” (Dortmund) – “Volfsburq” – 2:0
Qollar: Nuri Şahin, 50. Kaqava, 67.

“Frayburq” – “Ştutqart” – 2:1
Qollar: Sisse, 58. Şuster, 71 - Poqrebnyak, 27.

“Hamburq” – “Nürnberq” – 1:1
Qollar: Matiysen, 61 – Pinola, 82-pen.

“Hannover” – “Bayer” (Leverkuzen) – 2:2
Qollar: Ya, 20. Abdellaoue, 50 – Derdiyok, 62. Helmes, 90.
Matçın 36-cı dəqiqəsində “Hannover”in üzvü Poqatets qırmızı vərəqə ilə cəzalandırılıb.

“Borussiya” (Münhenqladbax) – “Ayntraxt” – 0:4
Qollar: Köhler, 24. Gekas, 35; 64. Oçs, 50.

“Bavariya” - “Verder” – 0:0

12 sentyabr
“Maynts” – “Kayzerslautern” – 2:1

Qollar: Bunqert, 71. Şörl, 73 – Lakiç, 20.
 
“Köln” – “Sankt Pauli” – 1:0
Qollar: Taner Yalçın, 17.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord