“Tuluza”nın qələbə seriyası qırıldı, “Olimpik”lər yenə 3 xala həsrət qaldı

XƏBƏR 13 Sentyabr 2010 / 11:34 1710
-  A +

Fransa çempionatında 5-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, srağagün baş tutan ilk oyun günündə 7 qarşılaşma keçirilib. Cari mövsüm keçirdiyi 4 qarşılaşmanın hamısında qələbə qazanan “Tuluza”nı dayandıran nəhayət ki, tapılıb. “Sent-Etyen” səfərdə minimal hesablı qələbə sayəsində liderə ilk məğlubiyyət acısını daddırıb. Autsayderlər sırasında qərarlaşan “Nansi” isə “Monpelye” üzərində sürpriz səfər qələbəsinə imza atıb. İlk 4 oyununun hamısında heç-heçə edən “Lill” isə qələbə həsrətinə darmadağınla son qoyub.
Tura dünən gecə baş tutan 3 oyunla yekun vurulub. “Nitsa” doğma meydanda “Bordo”ya qalib gəlib. Marsel “Olimpik”i isə “Monako”ya məğlubiyyətdən güclə yaxa qurtarıb.

Fransa Liqa 1-i
5-ci tur
11 sentyabr

“Oser” – “Kan” – 1:1
Qollar: Pedretti, 19 – Arabi, 90.

“Olimpik” (Lion) – “Valensyenn” – 1:1
Qollar: Pied, 27 – Bonq, 69.

“Monpelye” – “Nansi” – 1:2
Qollar: Estrada, 50 - Bakar, 5. Traore, 34.

PSJ – “Arles” – 4:0
Qollar: Hoarau, 18. Saxo, 29. Nene, 49; 56.

“Renn” – “Soşo” – 2:1
Qollar: Katerin, 5. Manqan, 90 – Perkis, 37.

“Tuluza” – “Sent-Etyen” – 0:1
Qollar: Batlles, 34.

“Lans” – “Lill” – 1:5
Qollar: Bukari, 61 - Cervinyo, 23; 87. Frau, 79; 81.

12 sentyabr

“Brest” – “Loryan” – 0:0

“Nitsa” – “Bordo” – 2:1
Qollar: Mouloungui, 35. Bamoqo, 90 – Modeste, 90-pen.

“Olimpik” (Marsel) – “Monako” – 2:2
Qollar: Valbuena, 42. Da Silva, 82-öz qapısına – Nikulae, 14. Park, 79.


Son xəbərlər