“Liverpul” da xal itkisi ilə üzləşdi

“Liverpul” da xal itkisi ilə üzləşdi
XƏBƏR 13 Sentyabr 2010 / 11:20 1813
-  A +

İngiltərə çempionatının 4-cü turu çərçivəsində daha bir oyun keçirilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun əksər qarşılaşmaları srağagün baş tutub. Cari mövsümün maksimum nəticə göstərən yeganə komandası olan “Çelsi” yenə də itkisiz ötüşüb. Səfərdə “Vest Hem”in qonağı olan Karlo Ançelottinin komandası növbəti 3 xalını bayram edib. Liderin əsas izləyicilərindən “Arsenal” da növbəti qələbəsini qazanıb. “Mançester Yunayted” isə səfərdə 3 qol vurduğu “Everton”la 90-cı dəqiqədən sonra buraxdığı qollarla şok heç-heçəylə kifayətlənib. “Mançester Siti” də doğma meydanda heç-heçə ilə barışmalı olub. Dünən gecə baş tutan yeganə qarşılaşmada isə “Liverpul” “Birmingem”lə qolsuz bərabərliyə razılaşıb.
Tura bu gün keçiriləcək 1 oyunla yekun vurulacaq.

İngiltərə Premyer Liqası
4-cü tur
11 sentyabr

“Everton” – “Mançester Yunayted” – 3:3
Qollar: Pinar, 39. Keyhill, 90. Arteta, 90 – Fletçer, 43. Vidiç, 51. Berbatov, 66.

“Arsenal” – “Bolton” – 4:1
Qollar: Kosçielni, 24. Şamax, 58. Sonq, 78. Vela, 83 – Elmander, 45.

“Fulhem” – “Vulverhempton” – 2:1
Qollar: Dembele, 49; 90 - Van Damm, 10.

“Mançester Siti” – “Blekbern” - 1:1
Qollar: Vyeyra, 56 – Kaliniç, 25.

“Nyukasl” – “Blekpul” – 0:2
Qollar: Adam, 45-pen. Kempbel, 90.

“Vest Bromviç” – “Tottenhem” – 1:1
Qollar: Modriç, 27. Brunt, 41.

“Vest Hem” – “Çelsi” – 1:3
Qollar: Parker, 85 - Essyen, 2; 83. Kalu, 17.

“Viqan” – “Sanderlend” – 1:1
Qollar: Alkaras, 87 – Qyan, 66.

12 sentyabr
“Birmingem” – “Liverpul” – 0:0

13 sentyabr

23:00. “Stok Siti” – “Aston Villa”


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord