Vinfrid Şefer: “Etiraf edim ki, oyunun sonunda bəxtimiz gətirdi”

XƏBƏR 12 Sentyabr 2010 / 23:33 2031
-  A +

“Oyundan qabaq da bilirdik ki, çox gərgin bir oyun olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Vinfrid Şefer söyləyib.
Bu gün Unibank Premyer Liqasının 5-ci turu çərçivəsində doğma divarlar arasında “Gəncə”ni qəbul edən və qələbəni əldən verən “zolaqlılar”ın almaniyalı çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Qol vurandan sonra oyunda nəzarəti ələ alacağımıza ümid edirdim. Bir sıra futbolçularımız sarı vərəqə aldılar. Cəzalı olan futbolçunun əllə topa toxunması isə ağılsızlıqdır. Etiraf edim ki, oyunun sonunda bəxtimiz gətirdi. Bütün komandalar bizə qarşı daha güclü oynayır. Marko Şarliyanı gözəl oyuna görə təbrik edirəm. Artıq bu oyunu unudub qarşıdakı matçlara hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord