Fuad İsmayılov: “Qalib gəlməli oldumuğumuz oyun idi”

XƏBƏR 12 Sentyabr 2010 / 23:30 1737
-  A +

“Bu oyunun çox çətin keçəcəyini bilirdik. "Bakı" çox güclü komandadır. Oyuna yaxşı köklənmişdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 5-ci turu çərçivəsində səfərdə “Bakı”nın qonağı olan və cari mövsümdə keçirdiyi 4-cü qarşılaşmada 4-cü heç-heçəsinə imza atan bölgə klubunun çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Lakin idman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Qalib gəlməli olduğumuz oyun idi. Heç-heçəyə baxmayaraq, futbolçularımı təbrik edirəm”.


Son xəbərlər