“Neftçi” Cəfər İrismetovu geri qaytarır

XƏBƏR 21 Noyabr 2008 / 12:30 4253
-  A +

Cəfər İrismetov “Neftçi” klubunun düşərgəsini tərk etməyə hazırlaşır. APA-nın məlumatına görə, baxışda olduğu müddətdə ikitərəfli oyunda sınanan 32 yaşlı hücumçu sabah vətəni Özbəkistana qayıdacaq.

Hücumçu axtarışında olan “Neftçi” rəhbərliyi İrismetovla bağlı son qərarını verməyə tələsmir. Belə ki, komandanın almaniyalı baş məşqçisi Hans-Yurgen Gede problemli mövqelərə axtardığı futbolçuları sınadıqdan sonra kimin güclü olduğunu müəyyənləşdirib, transferlə bağlı qərarını açıqlayacaq. Futbolçu karyerası boyu yüksək liqada 218 qol vuran Cəfər bu göstəriciyə görə dünyanın ən sərrast futbolçuları arasında 220-ci yerdədir. Ancaq 7 il öncə “Spartak”ın heyətində Rusiya çempionu, “Birlik kuboku” turnirinin bombardiri olan Cəfər həmin formada deyil.

Gede İrismetovu Özbəkistanda çalışdığı dövrdən tanıyır. Bu ölkənin gənclər yığmasını çalışdıran 52 yaşlı alman mütəxəssis 2005-ci ildə üç oyunda milli komandada baş məşqçi əvəzi olub. Ancaq Cəfər həmin matçlarda Gedenin rəhbərliyi altında oynamayıb.

Xatırladaq ki, İrismetova qədər türk Uğur Yıldırım, rus Andrey Salnikov və moldovalı Valeri Andronik də baxışa çağırılaraq, qısa müddətdən sonra geri qayıdıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi