Devid Bekhem yenidən yaşıl meydanlara qayıdır

Devid Bekhem yenidən yaşıl meydanlara qayıdır
XƏBƏR 3 Sentyabr 2010 / 15:37 2420
-  A +

Amerikanın “Los Ancelos Qalaksi” komandasında forma geyən təcrübəli ingilis oyunçu Devid Bekhemin sentyabrın 11-də yaşıl meydana qayıtmasının mümkün olduğu açıqlanıb. Qol.Az-ın məlumatına görə, bu barədə ulduz futbolçu ozü açıqlama verib: “Həkimlər dekabrın 1-dən tez problemin tam aradan qalxmayacağını söyləyirdilər. Ancaq gələn həftə “Kolombos”la qarşılaşmada ehtiyat oyunçular skamyasında olacağam. Əgər mümkün olsa, 15-20 dəqiqə meydanda olmaq istəyirəm”.
Zədəsinin mənfi təsirlərindən də danışan Bekhem “belə bir zədəni geridə qoymaq elə də asan olmur. 6 ay meydanlardan uzaq qalmaq mənim üçün çox çətin oldu. Amma əminəm ki, bir müddət sonra bu çətinliyin öhdəsindən gələcəyəm” deyərək, özünə inandığını dilə gətirib.
Xatırladaq ki, 35 yaşlı təcrübəli futbolçu zədə ucbatından Cənubi Afrika Respublikasında keçirilən mundialda İngiltərə yığma komandasının heyətindən kənar qalmışdı.


Son xəbərlər