Daxili İşlər Nazirliyi, AFFA və "Neftçi" klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray" ilə oyun öncəsi birgə açıqlama yayıb.
Qol.az xəbər verir ki, bəyanatda matçın UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, azarkeşsiz keçiriləcəyi xatırladılıb.
Hər iki komandanın Azərbaycanda çoxlu sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.
DİN, AFFA və "Neftçi" koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.
Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.
Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 20:00-da başlanacaq.
"Roma" onu əsas namizəd kimi görür
Yunanovdan növbəti poker, "Şəfa"dan darmadağın - Video
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
"Barselona" Fliklə yeni müqavilə imzaladı - Rəsmi
"Şahdağ Qusar" belə çempion oldu - Video
"İnter" "Barselona"nın futbolçusunu hədəflədi
"Şahdağ Qusar" 2-ci liqanın çempionu oldu
"Mançester Yunayted" və "Yuventus" onunla maraqlanır
De Brüyne seçim arasındadır
Avropada mövsümün rəmzi komandası
Fransa millisinin "Dördlər finalı" üçün heyəti
Misli Premyer Liqasında mövsümün son turunun hakimləri
Qurban Qurbanov “Barselona”nın düşərgəsində!
Ronaldo: "Daha 10 il futbol oynayacağam"
Azərbaycan - Macarıstan matçının hakimləri açıqlandı
18 ildir oynadığı "Real"dan ayrılır
Bilbaodakı ingilis finalını hansı kanallar yayımlayacaq?