Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.
Qol.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir.
Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.
İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Qərara əsasən, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.
"Azarkeşlərdən üzr istəyirəm" - Millimizin baş məşqçisi
İki ulduz futbolçu "Fənərbaxça"dan ayrıldı - Rəsmi
"Liverpul" Frimponqun transferini açıqladı
Azərbaycan millisi finala yüksəldi - DÇ
"Şamaxı"da növbəti ayrılıq - Rəsmi
Millimiz Litvaya böyükhesabla uduzdu
Ronaldo gələcəyi ilə bağlı qərar verdi
Flik: "Yamal dahidir"
"Real" "Liverpul"a 10 milyon ödədi
"Liverpul" danışıqlarda irəlilədi
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Mövsümün ən yaxşı futbolçuları - Siyahı
Yeni baş məşqçi açıqlandı - Massimiliano Alleqri!
"Real" yeni transferi rəsmiləşdirdi
"Araz-Naxçıvan" daha 2 futbolçu ilə yeni müqavilə imzaladı
"Sabah" Türkiyədə 2 qələbə qazandı
Kontenin gələcəyi ilə bağlı vacib açıqlama
Azarkeşləri yaralayan sürücü məhkəmə qarşısına çıxacaq
Azərbaycan kubokunda finalın hakimləri onlar oldular
“Neftçi”də toplantı, Samir Abasovla bağlı qərar - Rəsmi
"Real" Rodriqoya qiymət qoydu
"Araz-Naxçıvan"da növbəti müqavilə
Finalda 18 baş hakim
Finala doğru: “Qarabağ” – “Sabah”
Ançelotti "Real"dan ayrılmağının səbəbini açıqladı
Azərbaycan millisini yarımfinala aparan qələbə - Video
Di Mariyanın yeni klubu rəsmən açıqlandı
“Litva ilə oyunda azarkeşlərin dəstəyi çox vacibdir”
"Şamaxı"dan yeni transfer - Rəsmi