Aprelin 24-də Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv liqaların nümayəndələrinin növbəti videokonfransı keçirilib.
Qol.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər yayıb. PFL nümayəndəsinin də iştirak etdiyi görüşdə əsas müzakirə mövzusu UEFA-nın 1 gün öncə İcraiyyə Komitəsinin iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi olub. Videokonfransda UEFA-nın təşkil etdiyi işçi qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də iştirak edərək orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat veriblər.
Konfransa sədrlik edən qurumun prezidenti Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edərək bildirib ki, şərtlər uyğun olduğu halda çempionatları tam şəkildə başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat versinlər. Bu, UEFA İK-nin verdiyi qərara əsasən tələb olunan tarixdir. Belə ki, sözügedən qərara əsasən yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər:
1) Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbi ilə növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;
2) Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq, ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.
Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir, əks təqdirdə qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.
UEFA nəzdində fəaliyyət göstərən 1-ci işçi qrupda yer alan EPFL nümayəndəsinin konfrans iştirakçıları önündə çıxışında hazırda işçi qrupun 2 mümkün ssenari üzərində çalışdığı və çempionatları tamamlamaq üçün tarixin ən geci iyul ayının sonu, yaxud avqust ayının əvvəli nəzərdə tutulduğu bildirilib. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/20 klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel şəkildə keçirmək niyyətindədir. Ancaq bu, hər bir halda son variant deyil və işçi qrup may ayının ortasına kimi 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.
"Yeni oyunçular bizə bir neçə titul qazandıracaq"
"Çelsi" onu icarə verməyə yaxındır
"Napoli" Lukakunun yerinə onu nəzərdən keçirir
"Vilyareal" "Çelsi"yə 30 milyona yaxın məbləğ ödəyəcək
"Milan" "Bayer"in oyunçusunu almağa yaxındır
"Qarabağ" onlara ot yoldurdu, həm də öz stadionlarının otunu
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı
"Real"dan La Liqa tarixinin rekordu
Prezident və xanımı Gəncə stadionunda - Yenilənib+Şəkilıər
"Yuventus"a qayıdır
Azərbaycan 2-ci ıiqasında yeni mövsümün püşkü atıldı
"Real"ın sabiq üzvü "Napoli"yə keçdi
UEFA-dakı parlaq "Qarabağ" statistikası
"Roma"dan yeni transfer
"Fənərbaxça" hücum xəttini gücləndirdi
1-ci liqada yeni mövsümün püşkü atıldı
"İki top fərqi dünyanın sonu deyil" - Barnabas Varqa
Kevin Trapp Fransaya qayıtdı
Xabi Alonso Arda Güleri təriflədi
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
Rövşən Nəcəfdən "Qarabağ"a təbrik
Azərbaycan Premyer Liqasında 10 il sonra ilk dəfə
Salahdan tarixi rekord
“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!
“Musanın qoluna xüsusən sevindim” - Tahir Gözel
"Real" mövsümə qələbə ilə başladı
Budapeşt zəfəri - Video
Çempionlar Liqasında pley-off başladı
"Qarabağ"dan Macarıstanda möhtəşəm qələbə
Azərbaycan millisi Monteneqroya qalib gəldi
"Zirə" - "Araz-Naxçıvan" oyunundan - Video
"Daha yaxşısını etmək olardı" - Elmar Baxşıyev
Budapeştdə “Qarabağ”a möhtəşəm dəstək - Şəkillər
"Zirə" "Araz-Naxçıvan"la bərabərə qaldı