Xaqani Məmmədov: “Narazı qaldığım hakimlər var”

XƏBƏR 28 Yanvar 2009 / 12:49 2739
-  A +

Türkiyədə təlim-məşqdə olan Azərbaycan hakimləri artıq Antalyadakı toplanışı yekunlaşdırmaq üzrədirlər. AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az saytına verdiyi məlumata görə, hakimlərin hamısından razı qalmayıb: “Öncə qeyd edim ki, bütün hakimlər səhər saat 7-dən axşam 12-dək dərslərdə olublar. Fiziki hazırlıqlarını artırıblar, eləcə də oyunlar idarə ediblər. Hazırlığın gedişi məni razı salıb. Amma razı qalmadığım hakimlər də var. Biz hər oyunda çalışırıq ki, qərəzli idarəçilik olmasın. Futbolçular, klub rəhbərləri bizdən razı qalsınlar. Bundan sonra da əlimizdən gələni edəcəyik”.
X.Məmmədov narazı qaldığı hakimlərin adlarını açıqlamayıb.


Son xəbərlər