"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Asan oyun olmadı. Görüşə əvvəlki matçlarda adət etdiyimiz kimi başlamadıq. Amma tədricən istədiyimiz oyunu nümayiş etdirməyə başladıq. Hətta ikinci hissə daha maraqlı oldu. Daha çox qol vəziyyəti yaratdıq. Lakin istənilən halda bizim üçün çətin oldu.
- Qaçırdığınız qol epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Bu, futboldur. Bəzən hər yaratdığın imkanı dəyərləndirmək olmur. Məsələn, keçən həftə "Zirə" ilə oyunda yaratdığımız bütün imkanlardan istifadə edə bildik. Amma bu dəfə gördünüz ki, çox qol vəziyyəti olsa da, yalnız birindən yararlana bildik. İndi üzərimizdə daha çox işləməliyik ki, növbəti matçlarda fürsətlərdən istifadə edə bilək.
- Demək olar ki, hər oyun zədə səbəbindən yerdə qalırsınız. Bu, həqiqətən də zədədir, yoxsa bir növ vaxt uzatmaq üçün adət halını alıb?
- Xeyr. Məndə elə xasiyyət yoxdur ki, vaxt aparım. Ümumiyyətlə, bu dəfə zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Sonradan məcburən meydana daxil oldum. Onsuz da 10 nəfərlə qalmışdıq. Həqiqətən dəhşətli ağrılar keçirdim.
- Bütün epizodlarda çalışırsınız ki, rəqibi keçib, qapıya zərbə vurasınız. Bu, özünəinamdır, yoxsa qarşıdakı rəqibi saymazyanalıqdır?
- Heç vaxt kimisə aşağılamaq fikrim olmayıb. Bu, uşaqlıqdan bəri mənim alışdığım oyun tərzidir. Yəni, istər qalib, istərsə də məğlub durumda olaq, hər zaman bu cür oyun nümayiş etdirirəm.
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi