“Slaviya”nın baş məşqçisi: “Nikolov Azərbaycan klubu ilə problemini həll etməlidir”

XƏBƏR 28 Yanvar 2009 / 12:38 2583
-  A +

Son klubu “Qəbələ” olan bolqarıstanlı yarımmüdafiəçi Asen Nikolovun xidmətində Bolqarıstanın “Slaviya” klubu maraqlıdır. Qol.Az-ın məlumatına görə, bunu bolqar mətbuatına açıqlamasında Sofiya klubunun baş məşqçisi Stevisa Kuzmanoviç deyib: “Nikolovu heyətimizə qatmaq istəyitik. O, hazırda düşərgəmizdədir. Amma Asenlə hələ rəsmi müqavilə bağlamamışıq. Çünki futbolçunun sabiq klubu ilə müqaviləsi qalmaqdadır və Nikolov bu mənada Azərbaycan klubu ilə problemini həll etməlidir. Dediyinə görə, bu barədə narahatlığa əsas yoxdur. Belə olsa, yaxın 2-3 günə Asen də kollektıvlə birgə məşqlərə qoşulacaq”.
Qeyd edək ki, Nikolovun “Qəbələ” ilə müqaviləsi olsa da, onun hazırlığı baş məşqçi Ramiz Məmmədovu qane etmədiyindən transferə çıxarılıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı