Ramin Musayev: "Bu toplanış Azərbaycan futboluna böyük bir töhvədir"

XƏBƏR 28 Yanvar 2009 / 12:00 2704
-  A +

Yanvarın 27-si axşam PFL prezidenti Ramin Musayev Antalyada təlim məşq toplantısında olan hakimlərlə görüş keçirib. Qol.Az-ın məlumatına görə tədbirdə hazırlıqda olan bütün hakimlər iştirak edib. Ramin Musayev toplanışın gedişindən razı qaldığını bildirib və bunun Azərbaycan futboluna büyök töhvə verəcəyini söyləyib. "Mən AFFA prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova bu toplanışı təşkil etdiklərinə görə öz minnətdarlığımı bildirirəm. Artıq fərəhli haldır ki, sivil futbol ölkələrində olduğu kimi bizim hakimlər də hazırlığı ölkədən kənarda keçirirlər. Onlar inanıram ki, göstərilən etimadın cavabını 2-ci dövrədə idarə etdikləri oyunlarla sübut edəcəklər". Hakimlərin suallarını dinləyən Musayev onlara öz tövsiyələrini verib və bildirib ki, AFFA, PFL həmişə öz hakimlərimizə güvənməyə çalışacaq. Tədbirdə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov göstərilən qayğıya görə Federasiya rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, gənc hakimlərlə təcrübəlilərin gözəl sintezi nəticəsində uğurlara imza atacaqlar. Gözəl rəqabətin yarandığını deyən Məmmədov çəkdikləri əziyyətin bəhrəsini görəcəklərinə əmin olduğunu vurğulayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord