Coko Hacıyevski: «Futbolçular soyuqdəymə epidemiyasına tutulmuşdular»

Coko Hacıyevski: «Futbolçular soyuqdəymə epidemiyasına tutulmuşdular»
ÖLKƏ FUTBOLU 28 Yanvar 2009 / 10:38 2948
-  A +

«Təlimlər gözəl keçir. Lakin Antalyaya gəldiyimiz ilk gündən futbolçular elə bil soyuqdəymə epidemiyasına tutulmuşdular». Qol.Az-ın məlumatına görə, bu sözləri «Bakı»nın baş məşqçisi Coko Hacıyevski klubun rəsmi saytına müsahibəsində bildirib. O deyib ki, hər futbolçu azı 1-2 gününü yataqda keçirib: «Bu, əlbəttə ki, yaxşı hal deyil. Lakin indi hər şey normaldır. Artıq 12 gün arxada qalıb və futbolçuların hazırlıqları yüksək səviyyəyə daha da yaxınlaşır. Bu 12 gün ərzində biz artıq 3 yoxlama görüşü keçirmişik və keçirilən oyunlarda futbolçular özlərini yaxşı tərəfdən göstərdilər. Yeni gələn futbolçulardan Mahmud Qurbanov, Georgi Adamiya, Saşa Yunisoğlu artıq komadandakı ab-havay uyğunlaşıb. İndi qarşıda bizi daha bir neçə yoxlama görüşləri gözləyir. İnanıram ki, bu matçlarda da özümüzü yaxşı tərəfdən sərgiləyəcəyik».
Hacıyevski futbolçular hazırlıq səviyyəsindən razı qaldığını deyib: «Çox az müddətdə onlar çatışmamazlıqları aradan qaldıracaqlar. Bunu çempionatın ikinci dövrəsinin 2-ci, 3-cü həftəsində özünüz də müşahidə edəcəksiniz».
Baş məşqçi klubuda baxışda olan hücümçulardan Həsən Suarinin oyununu bəyəndiyini deyib: «Çox gözəl oyun sərgiləyir. İstedadlı futbolçudur. Onun oyunundan demək olar ki, tam razıyam. Digər hücumçu Vilyam Batistaya gəldikdə isə onun tam oyununu görməmişəm. Məşqlərdə isə gözəl təsir bağışlayır. Onunla bağll fikirləri "Şinnik"lə oyundan sonra deyəcəyəm».
Qeyd edək ki, "Bakı" "Şinnik"lə bu gün üz-üzə gələcək.


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki