Millimizin sabiq üzvü baş məşqçisiz qaldı

Millimizin sabiq üzvü baş məşqçisiz qaldı
XƏBƏR 7 Avqust 2010 / 16:12 1644
-  A +

Millimizin sabiq üzvlərindən olan Branimir Subaşiçin çıxış etdiyi Serbiya “Srvena Zvezda”sı baş məşqçisiz qalıb. Qol.Az-ın məlumatıma görə, Belqrad klubunun rəhbərliyi Ratko Dostaniçlə yollarını ayırmağa qərar verib. Buna komandanın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub.
Üçüncü təsnifat mərhələsində Slovakiya “Slovan”ı ilə görüşən “Srvena Zvezda”nın mərhələ adlaya bilməməsi Dostaniçə postu bahasına başa gəlib. İlk görüşdə 1:2 hesabı ilə uduzan serbiyalılar cavab oyununda bunun əvəzini çıxa bilməyib – 1:1. Bu da martdan baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssisin istefasına səbəb olub. “Srvena Zvezda”nın yeni baş məşqçisinin kimliyi isə hələlik bilinmir. Qeyd edək ki, Branimir “Slovan”la oyunlardan yalnız cavab görüşünün iştirakçısı olub. 28 yaşlı hücumçu 81-ci dəqiqədə meydana daxil olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın