Bukmekerlər “Qarabağ”ın qrup mərhələsinə düşəcəyinə inanmır

Bukmekerlər “Qarabağ”ın qrup mərhələsinə düşəcəyinə inanmır
XƏBƏR 7 Avqust 2010 / 15:39 2448
-  A +

Bukmekerlər avrokubokların cari mövsümündə rüzgar kimi əsən yeganə təmsilçimiz “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşəcəyinə inanmır. Qol.Az-ın məlumatına görə, “bwin” kontoru avrokubokların dördüncü təsnifat mərhələsinin püşkatmasından sonra klubların növbəti mərhələ şanslarını dəyərləndirib ki, bu mənada “Qarabağ”ın yox, Almaniyanın “Borussiya” klubunun uğur qazanacağına inamlarını nümayiş etdiriblər. Məşhur bukmeker kontoru Qurban Qurbanovun komandasının Dortmund təmsilçisiylə mübarizədə mərhələ adlamaq şansını 8,00 əmsalı ilə qiymətləndirib. Bukmekerlər almaniyalıların qrup mərhələsinə yüksələcəyinə əmin olanlar üçün əmanətlərini 1,05 dəfə artırmaq imkanı yaradıb. “Qarabağ”ın şansları Avropa Liqasında mübarizəni davam etdirən 74 komanda arasında ən aşağıdır. Belə ki, ağdamlılardan başqa daha 3 komandanın əmsalı 8,00 ilə dəyərləndirilsə də, bundan yüksək olanı yoxdur.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın