“Fənərbaxça”nın prezidenti acığını Əmrə, Luqano və Aleksdən çıxdı

“Fənərbaxça”nın prezidenti acığını Əmrə, Luqano və Aleksdən çıxdı
DÜNYA FUTBOLU 7 Avqust 2010 / 15:15 2933
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində özündən zəif İsveçrə təmsilçisi “Yanq Boyz”a doğma meydanda uduzaraq, biabır olan “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım bunun acığını futbolçulardan çıxıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, “Yanq Boyz” faciəsindən sonra Luqano, Əmrə və Aleksi yanına çağıraraq, onlarla sərt şəkildə söhbət edib. Xüsusilə kapitanlar – Alekslə Əmrəyə sərt şəkildə xəbərdarlıq edən Yıldırım onları belə tənqid edib: “Zikonu istəmədiniz göndərdim, Araqonesi istəmədiniz göndərdim. Fransanın bombardiri 1.4 milyon avroya oynadığı halda, siz burda 3 milyondan aşağı oynamırsınız. Adam kimi oynamasanız, “Qalatasaray” da daxil olmaqla, istədiyiniz komandaya gedə bilərsiz. 2 il sonra borcları tamamlayıb, postumdan gedəcəm. Amma bu müddətdə sizdən çempionluq istəyirəm.
Klub prezidenti iki ildir “Fənərbaxça”dan ayrılmaq istəyən Luqanoyla da kəskin danışıb: “İstəyirsənsə, gedə bilərsən. Qalacaqsansa da adam kimi qal, ürəkdən oyna. Getmək istəsən səni tutmarıq”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı