Küveyt millisinin Bakıya gələcək heyəti açıqlandı

Küveyt millisinin Bakıya gələcək heyəti açıqlandı
XƏBƏR 7 Avqust 2010 / 15:01 2003
-  A +

Avqustun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə yoldaşlıq görüşü keçirəcək Küveyt millisinin Bakıya gələcək heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, küveytlilətin serbiyalı baş məşqçisi Qoran Tufeciç yığmamızla oyuna 22 futbolçu çağırıb ki, onların da hamısı yerli çempionatda iştirak edənlərdir:
Nada Anzi, Fadel Əli Hüseyn, Məhəmməd Rəşid, Saleh Əl-Şeyx, Tələl Əl-Əhməd Ömər, Əhməd Bədr Əl-Mütva, Həməd Taif Enazi (hamısı “Əl-Qüdsiyyə”), Fəhəd Əl-Şahin, Tahir Abdulla Yaqub, Valid Əli Qomaa, Məhəmməd Ateveqi, Xalid Əl-Əzmi (hamısı “Əl-Küveyt”), Xalid Matar Xələf, Abdulla Mustafa Əl-Şəməli, Əli Əhməd Almqosəid, Əhməd Səəd Əl-Rəşid (hamısı “Əl-Ərəbi”), Xalid Məhəmməd Əl-Rəşid (“Sulibihat”), Fəhd Saleh Anzi (“Kadma”), Sayed Həməd Qallaf (“Əl-Salmiyə”), Tələl Naif Anzi (“Əl-Nəsr”), Xalid Əli Naur Əl Qətəni və Adel Hammud Şammari (hər ikisi “Əl-Cəhra”).
Qeyd edək ki, artiq millimizin rəqibi hazırlıqlara başlayıb. Tufeciç bu gün bir araya gələn yetirmələrini Bakı səfəri ərəfəsində təlim-məşq toplanışına yığıb. Avqustun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Küveyt oyunu saat 21:00-da başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı