“Borussiya”nın rəsmisi: “Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”

“Borussiya”nın rəsmisi: “Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”
XƏBƏR 7 Avqust 2010 / 13:38 1933
-  A +

“Xəzər dənizi sahilinə - Azərbaycana yolun uzaq və çətin olması faktdır. Lakin bu bizim üçün heç bir çətinlik yarada bilməz. Biz rəqiblə bağlı əlimizə keçən hər məlumatı toplayacağıq. Bunların hamısını təhlil edəcəyik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun idman direktoru Mixael Sork deyib.
Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Dortmund təmsilçisinin rəsmisi komandasını bu matçlarda favorit sayır: “Biz Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik”.


Son xəbərlər