Foqts «Borussiya»nın azarkeşlərini Bakıda pivə içməyə çağırdı

Foqts «Borussiya»nın azarkeşlərini Bakıda pivə içməyə çağırdı
ÖLKƏ FUTBOLU 7 Avqust 2010 / 12:48 2829
-  A +

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində «Qarabağ» klubu haqda məlumat verib. Qol.Az-ın xəbərinə görə, «Bild» qəzetinə müsahibəsində Foqts «Borussiya» və «Qarabağ» klubları arasındakı Avroliqa matçlarını səbirsizliklə gözlədiyini bildirib.
«Qarabağ»ın rəqiblərini Bakıda qəbul etdiyini deyən Foqts «Borussiya» azarkeşlərinin Azərbaycana kütləvi şəkildə gələcəklərini inandığını söyləyib. Eyni zamanda Foqts «Borussiya» azarkeşlərini Bakı pivəsindən dadmağa da çağırıb. «Oranın pivəsi çox dadlıdır» deyən Foqts Azərbaycanı İtaliya ilə müqayisə edib.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq