"Xəzər Lənkəran" Antalyadakı toplanışı qələbəylə başa vurdu

"Xəzər Lənkəran" Antalyadakı toplanışı qələbəylə başa vurdu
ÖLKƏ FUTBOLU 27 Yanvar 2009 / 20:27 2939
-  A +

Bu gün “Xəzər Lənkəran” Antalyada sonuncu sınaq matçını keçirib. Almaniyanın III Bundesliqasının təmsilçisi VfR “Aalen”lə qarşılaşan «XL» ilk yarısı 1:1 hesabıyla sonuclanan oyunda qələbə qazanmağa müvəffəq olub - 3:2. Qol.Az-ın «Xəzər-Lənkəran»ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisinin qollarına braziliyalı legionerlər - Romulo Silvano (2) və Juninyo imza atıblar. Oyun «XL»in üstünlüyü şəraitində keçsə də, inadkar və sərt oynayan almanlar ciddi problemlər yarada biliblər. İkinci yarının əvvəllərində «XL» Junior Osvaldonun qolu sayəsində hesabda irəli çıxıb. Lakin almanlar tezliklə bərabərlik qolunu vurublar. Bu da matçda son nöqtə olmayıb - oyunun sonuna yaxın Romulo həlledici qola imza atıb və «XL»ə daha bir qələbə qazandırıb.
İqor Ponomaryov əsas heyətə aşağıdakı futbolçuları daxil edib: Kramarenko, Todorov, Denis Silva, Cambazov, Göksel, Dieqo Souza, Junior Osvaldo, Abdullayev, Vasiliauskas, Mario Souza, Romulo.
İkinci hissədə məşqçilər korpusu Renato, Quliyev və Radukanunun xidmətindən yararlanıblar.
Qeyd edək ki, «XL» Antalya təlim-məşq toplanışının gedişində altı oyun keçirib və yalnız bir dəfə məğlub olub. Bütün digər qarşılaşmalarda “Xəzər Lənkəran” rəqiblərini üstələyib.
Sabah səhər Türkiyədə son məşqinə çıxacaq «XL» axşam saatlarındaAntalya-İstanbul-bakı marşrutuyla ölkəyə dönəcək.


 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı