“Gəncə” çempionata darmadağınla başladı

“Gəncə” çempionata darmadağınla başladı
XƏBƏR 7 Avqust 2010 / 12:29 2126
-  A +

Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 2010/11 mövsümünə start verilib. Qol.Az-ın məlumatına görə birinciliyin ilk günündə birinci turun 3 qarşılaşması baş tutub. Məhsuldar alınan gün 9 qolla əlamətdar olub. Yenidən milli çempionata qayıdan “Gəncə” dönüşünü darmadağınla qeyd edib. “Simurq”u böyük hesabla məğlub edən qərblilərdən fərqli “Xəzər Lənkəran” meydan amilindən yararlana bilməyib. Onlar doğma divarlar arasında “Qəbələ”yə böyük hesabla uduzmaqdan son dəqiqədə qurtulublar. “Bakı” və AZAL arasındakı paytaxt derbisi isə qolsuz başa çatıb.

Əvəzedicilərin çempionatı
1-ci tur

"Xəzər-Lənkəran" - "Qəbələ" - 1:3
Qollar:
Amid Hüseynov, 90 - Namiq Əliyev, 38, 48, Müşfiq Teymurov, 60

"Gəncə" - "Simurq" - 5:1
Qollar:
Elxan Əzizov, 36, Ravil Müslümov, 44, Tural Rəhimov, 47-pen., Kamran Babayev, 62, 86 - Dilqəm Əsgərov, 79

"Bakı" – AZAL - 0:0


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord