Berti Foqts: “Qarabağ”ın rəqibi həm də stadiondakı atmosfer olacaq”

Berti Foqts: “Qarabağ”ın rəqibi həm də stadiondakı atmosfer olacaq”
XƏBƏR 7 Avqust 2010 / 11:41 2036
-  A +

«Çox şadam ki, «Qarabağ»ın, eyni zamanda milli komandanın üzvü olan gənc futbolçular Almaniyanın ən gözəl stadionlarından birində vacib oyuna çıxacaqlar. Bu, təcrübə qazanmaq baxımından çox əhəmiyyətlidir». Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məıumata görə, Foqts bildirib ki, «Qarabağ»ın rəqibi təkcə «Borussiya» yox, həm də stadiondakı atmosfer olacaq: “Ümid edirəm ki, «Qarabağ»ın futbolçuları «Visla» ilə oyundakı kimi tam sərbəst şəkildə öz oyunlarını nümayiş etdirəcəklər».

Xatırladaq ki, dünən İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticəsinə əsasən, Avropa Liqasının pley-off mərhələsində «Qarabağ» Almaniyanın «Borussiya» (Dortmund) klubu ilə qarşılaşacaq.


Son xəbərlər