Əmrah Çəlikəl: «Borussiya» ilə oyunda sonadək döyüşüb «Qarabağ»ın adını daha da uca etməliyik»

Əmrah Çəlikəl: «Borussiya» ilə oyunda sonadək döyüşüb «Qarabağ»ın adını daha da uca etməliyik»
XƏBƏR 6 Avqust 2010 / 18:43 2279
-  A +

«Qarabağ» rəhbərliyi Avropa Liqasının bu gün keçirilən püşkatma mərasiminə münasibətini açıqlayıb. Qol.Az-ın müxbirilə söhbətində klubun direktoru Əmrah Çəlikəl bildirib ki, dördüncü mərhələdəki rəqibləri olan Dortmundun «Borussiya» klubu onları qətiyyən çəkindirmir.
«Bizim bəxtimizə «Borussiya» düşməsəydi, ondan da çətin rəqib düşəcəkdi. Əgər beş potensial rəqibimiz bu mərhələyə qədər gəlibsə, deməli, qətiyyən zəif deyil. Biz isə rəqibimizin kimliyindən asılı olmayaraq, öz adımıza uyğun oyun sərgiləyəcəyik. Sonadək döyüşüb «Qarabağ»ın adını daha da uca etməyə, Azərbaycanda da futbolun olduğunu sübut etməyə çalışacağıq».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord