“Qarabağ” “Visla”nı baş məşqçisini qovmağa məcbur etdi

“Qarabağ” “Visla”nı baş məşqçisini qovmağa məcbur etdi
XƏBƏR 6 Avqust 2010 / 18:34 2242
-  A +

Dünən “Qarabağ”ın Bakıda 3:2 hesabıyla məğlub edib, mübarizədən kənarlaşdırdığı “Visla”nın baş məşqçisi Henrik Kasperçak komandadan qovulub. Qol.Az-ın məlumatına görə, buna Krakov təmsilçisinin ötən il olduğu kimi, bu il də avrokuboklarda uğursuz çıxışı səbəb olub. Yeni çalışdırıcının adı müəyyənləşənə kimi onu bu postda köməkçisi Tomaş Kulavik əvəzləyəcək.
Artıq “Visla” rəhbərliyi yeni baş məşqçi axtarışlarına da başlayıb. Polşa mətbuatının yazdığına görə, Krakov klubu yeni çalışdırıcısını vətənində yox, ölkə xaricində axtarır.
Qeyd edək ki, Kasperçak Krakov təmsilçisinə martın 15-də baş məşqçi təyin edilmişdi. Onun komandası “Qarabağ”a doğma meydanda 0:1, səfərdə isə 2:3 hesabıyla uduzmaqla, mübarizəni dayandırdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı