Rəşad Sadıqov: «Çox şey Dortmunddakı oyundan asılı olacaq»

Rəşad Sadıqov: «Çox şey Dortmunddakı oyundan asılı olacaq»
MÜSAHİBƏ 6 Avqust 2010 / 17:04 4095
-  A +

«Qarabağ»ın beş potensial rəqiblərindən ikisi - «Liverpul» və «Borussiya» daha güclüydü. Onlardan biri - «Borussiya» bizə rəqib oldu. Düzdür, «Borussi ya» «Liverpul» deyil, amma digər üç komandadan güclüdür». Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Qarabağ»ın liderlərindən olan Rəşad Sadıqov deyib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsində Almaniyanın «Dortmund» şəhərinin «Borussiya» klubu «Qarabağ»a rəqib olub. Bu komandalar arasındakı ilk oyun avqustun 19-da səfərdə, cavab matçı isə avqustun 26-da Bakıda keçiriləcək.
«Biz püşkdən əvvəl hansı komandayla qarşılaşacağımızı fikirləşmirdik. Xeyirlisi…» - deyə R.Sadıqov bildirib.
Onun fikrincə, «Borussiya» kimi bir komandanın Azərbaycana gəlməsinin özü futbolumuz inkişafı istiqəmətində bir addım olacaq: «Hər şeydən əvvəl belə bir komandanın ölkəmizə səfəri futbolumuzun təbliğatı üçün böyük hadisədir. Bu, ölkəmizdə futbola marağı daha da artıra bilər».
«İlk matçın səfərdə olması «Qarabağ» üçün üstünlük ola bilərmi» sualına Sadıqovun cavabı belə olub: «Düzdür, çox şey ilk oyundan asılı olacaq. Amma istənilən halda hər iki matçda oynamalısan».
R.Sadıqov bu cütlüyə proqnoz vermək istəmədiyini söyləyib. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki