“Qarabağ” UEFA reytinqimizi zənginləşdirməkdə davam edir

“Qarabağ” UEFA reytinqimizi zənginləşdirməkdə davam edir
XƏBƏR 6 Avqust 2010 / 16:17 3168
-  A +

Avropa Liqasında dünən gecə Polşa “Visla”sına dərs keçən “Qarabağ” indi bütün Azərbaycanın komandasına çevrilib. Qol.Az-ın məlumatına görə, Avropa fatehlərimiz bir-birinin ardınca qələbələr qazandıqca avrokuboklardakı reytinqimiz də əhəmiyyətli dərəcədə artır. Bu il məğlubiyyət acısı dadmadan pley-offa adlayan təmsilçimiz təkbaşına 5 reytinq xalı qazanıb. İndi ölkəmizin reytinq xalı orta hesabla 2-dir. Amma möhtəşəm statistika bununla da yekunlaşmır. Bu il avrokuboklarda təkbaşına topladığı xallara görə “Qarabağ”ımız 1-ci pillədədir. Builki nəticələrin reytinqində isə ölkəmiz Avropada 8-cidir. Ölkəmizi avrokuboklarda təmsil etmiş “Xəzər Lənkəran”, “İnter” və “Bakı” isə 109-cu yerdə qərarlaşıblar.
“Visla”ya qalib gəlməklə daha 0,250 xal yığan Qurban Qurbanovun yetirmələri cari mövsümdə ümumilikdə 1,250 xal toplayıb. Reytinqimizə qalan 0,750 xalı cari mövsümdə artıq mübarizəni dayandıran klublarımız - “İnter”, “Xəzər Lənkəran”, “Bakı” yazıb. Sloveniya ilə xalq fərqini artıran ölkəmiz hələ bir müddət də 37-ci pillədə qalmalı olacaq. Çünki bizdən irəlidə olan postsovet məkanı təmsilçiləri – Latviya, Gürcüstan və Moldovaya çatmağımız hələ ki real deyil.

Klubların son 5 ildə avrokuboklarda çıxışına görə UEFA-dakı reytinqi

34. Latviya – 7.415 (təmsilçisi qalmayıb)
35. Gürcüstan – 6.957 (təmsilçisi qalmayıb)
36. Moldova – 6.749 (1 təmsilçisi qalıb)
37. AZƏRBAYCAN – 6.165 (1 təmsilçisi qalıb)
38. Sloveniya – 5.874 (1 təmsilçisi qalıb)
39. Makedoniya – 5.207 (təmsilçisi qalmayıb)
40. İslandiya – 4.957 (təmsilçisi qalmayıb)
41. Qazaxıstan – 4.124 (1 təmsilçisi qalıb)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı